fbpx

İş adamı güllələnərək qətlə yetirildi


Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.

BEY.AZ “Report” istinadən xəbər verir ki, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində qətlə yetirilib.

Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb.

Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib.

N.Əhmədovun qohumları jurnalistlərə danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər.

Məlumatda bildirilir ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən “Yunis” adlı mağazanı idarə ediblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin