İş yerlərindən arayışların alınması SİMA vasitəsilə mümkün olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) iş yerinə dair arayışların alınması prosesi daha da asanlaşıb.
Bu barədə Metbuat.az-a Nazirlikdən məlumat verilib.
Məlumata görə, istifadəçilər SİMA-nın inteqrasiya etdiyi “ASAN Login” Vahid Giriş Sistemi vasitəsilə ƏMAS-a daxil olaraq bütün əmək müqavilələri üzrə bildirişləri görə, arayışlar əldə edə və alınmış arayışların tarixçələrini izləyə bilərlər.
Ümumiyyətlə, SİMA imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq imkanı verir.
SİMA-nın tətbiqi ilə elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən istifadə edə biləcək. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.
Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.