İşdən çıxarılan icra başçısının əmlaklarının siyahısı
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.
BEY.AZ Unikal.az-a istinadən işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını təqdim edir:
– Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;
– Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;
– 6 nömrəli məktəbin yanında hotel;
– Nəriman Nərimanov parkında restoran;
– Bayraq meydanının yaxınlığında 2 hotel;
– Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;
Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.
Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |