fbpx

İsmayıllıda güclü sel 240 heyvanı apardı, kəndlə əlaqə kəsildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Mollaisaqlı kəndində çaya sel gəlməsi səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində çaya sel gəlməsi səbəbindən Mollaisaqlı kəndində vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.

Rüya tabirlerini burdan oku

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1978-ci il təvəllüdlü Şirinov Raqif Elman oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Cəlil Ağasif oğlu, 1981-ci il təvəllüdlü Bağıyev Etiram Niyazi oğlu və 1980-ci il təvəllüdlü Şirinov Abuzər Qurban oğlunu sel gəlmiş ərazidən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.

***

Güclü leysan yağışları İsmayıllı rayonunun Mollaisaqlı kəndində fəsadlar törədib.

APA-nin Şirvan bürosu xəbər verir ki, yağan güclü yağış nəticəsində evlərə və təsərrüfatlara ciddi ziyan dəyib, xırda buynuzlu heyvanları sel aparıb, həyətyani sahələrdə əkilən təsərrüfata ciddi ziyan dəyib. İlkin məlumatlara əsasən, bir çox texnika əraziyə cəlb olunub. Hazırda kəndin işıq, qaz, su təchizatı dayandırılıb. Yağış davam edir, kəndə giriş məhdudlaşıb.

İlkin məlumatlara əsasən, 90 başa yaxın iri buynuzlu mal qara və 150 başdan çox xırda buynuzlu heyvanı sel suları aparıb. Sel nəticəsində, kəndin içməli su təchizatı və digər sahələrinə də ciddi ziyan dəyib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İsmayıllıda #güclü #sel #heyvanı #apardı #kəndlə #əlaqə #kəsildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu