fbpx

İsmayıllıda toxum sərgi-satış yarmarkası keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub.

Metbuat.az-a Nazirlikdən verilən xəbərə görə, yarmarkada nazirliyin yanında Aqrar Xidmətlər Agentliyi (AXA), Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Toxum Fondu, “Azərbaycan Toxumçular Assosiasiyası” İctimai Birliyi, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edib.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahmud Süleymanov bildirib ki, ölkə kənd təsərrüfatının inkişafı istiqamətində münbit şərait yaradılıb. Ölkə başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədləri, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramlarını təsdiq edib. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Hər il fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.

Rüya tabirlerini burdan oku

Sonra çıxış edən AXA-nın sədri Mirzə Əliyev diqqətə çatdırıb ki, bu gün İsmayıllıda təşkil edilən sayca 2-ci yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada İsmayıllıdan olan fermerlərlə yanaşı digər rayonlardan olan fermer və toxumçular da təmsil olunur. Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.

M.Əliyev əlavə edib ki, dövlət aqrar sahəyə o cümlədən fermerlərə geniş imkanlar açıb. Toxum sərgi-satış yarmarkası da məhz toxumçuluq sahəsinin inkişafına yönəlmiş mühüm addımlardandır.

Növbəti toxum sərgi-satış yarmarkası avqustun 24-də Qubada təşkil olunacaq. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu