İspaniya millisi dünya çempionatları tarixində yeni rekorda imza atdı
BEY.AZ informasiya agentliyi xəbər verir
İspaniya millisi dünya çempionatları tarixində topa sahib olmada yeni rekorda imza atıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, Pireney təmsilçisi buna Qətərdəki mundialda Kosta Rika yığmasını 7:0 hesabı ilə darmadağın etdikləri E qrupunun ilk tur oyununda 81,7 faizlik göstərici ilə nail olub.
Əvvəlki rekord Argentina yığmasına məxsus olub – 80,3 faiz. Cənubi Amerika təmsilçisi 2010-cu ildə dünya çempionatında Yunanıstanla qarşılaşmada bu göstəriciyə çatıb. 3-cü pillədə DÇ-2018-in Rusiya – İspaniya görüşü qərarlaşıb. Həmin oyunda ispaniyalılar topa 78,9 faiz sahib olub.
Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.