fbpx

“İsrailə dəstəyimiz davam edəcək” – ABŞ



“Ağ Ev”in sözçüsü Jan-Pier gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb və ABŞ-nin İsrailə dəstəyindən danışıb.

BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, Yaxın Şərqdə “gərginliyin” artmasının ardından ABŞ-nin İsrailə silah dəstəyinin dayandırılması tələbləri ilə bağlı suala Jan-Pier “ABŞ siyasətinin dəyişmədiyini” bildirib:

“İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır və bu, dəyişməyib. Biz İsrailin təhlükəsizliyini dəstəkləməyə davam edirik”.

Qeyd edək ki, İsrailə qeyd-şərtsiz dəstək verdiyi üçün tənqid edilən ABŞ rəhbərliyi avqustun ortalarında verdiyi açıqlama ilə bu ölkəyə 5 ayrı paketdə cəmi 20 milyard dollarlıq silah satışını təsdiqləyib. Ümumi satış dəyəri 20,3 milyard dollar olan paket Qəzzada atəşkəs prosesinin qeyri-müəyyən qaldığı və bölgədə gərginliyin artdığı bir vaxtda təsdiqlənib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin