İsrail əsgərləri HƏMAS-ı məhv etmək üçün Qəzza zolağına daxil olub
İsrail hərbçiləri Fələstinin HƏMAS radikal təşkilatını məhv etmək və oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürdüyü girovları azad etmək məqsədilə Qəzza zolağına daxil olub.
BEY.AZ xəbər verir ki, bunu xalqa müraciətində İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bu, aydın şəkildə müəyyən edilmiş məqsədləri olan bir müharibədir: HƏMAS-ın gücünü məhv etmək və girovları qaytarmaq”, – Baş nazir bildirib.