İsrail daha bir ölkəyə hücum təşkil etdi
İsrailin Suriyanın paytaxtı Dəməşqin Mezze rayonuna hava hücumu təşkil etdiyi iddia edilib.
BEY.AZ xəbər verir ki, bu barədə SANA agentliyi hərbi mənbəyə istinadən məlumat verib. Hücum zamanı binanın hədəfə alındığı bildirilib. Hava hücumu zamanı 3 mülki vətəndaş həyatını itirib, 3 mülki vətəndaş da yaralanıb. Bölgədə maddi ziyan meydana gəlib. İsrail hakimiyyəti hücumla bağlı hələlik açıqlama verməyib. Qeyd edək ki, İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İranın dəstəklədiyi qruplara və Suriya ordusunun Suriyadakı hərbi məntəqələrinə vaxtaşırı hücumlar təşkil edir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |