İsrail ilk dəfə bu qədər əsgəri səfərbər etdi
İsrail ordusu 48 saat ərzində 300 min ehtiyatda olan əsgəri səfərbər etdiyini açıqlayıb.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Həcəri jurnalistlərə açıqlaması zamanı bildirib:
“Biz heç vaxt bu qədər tez ehtiyatda olan əsgərləri səfərbər etməmişdik”.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb
HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olanların sayı 700-ü ötüb.