fbpx

İsrail-İran müharibəsi olarsa, Bakı necə mövqe tutacaq?



HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrail və İran arasında gərginlik pik həddə çatıb. Hadisədən sonra İran ali dini lideri Əli Xamenei hadisəyə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib. Müxtəlif mənbələrdə İsrail və İran arasında birbaşa hərbi əməliyyatların ola biləcəyi qeyd edilir.

Bəs İsrail və İran arasında müharibə baş verərsə, bu, Azərbaycana necə təsir edə bilər? Müharibə olacağı təqdirdə, Azərbaycan necə mövqe sərgiləyəcək?

Mövzu ilə bağlı BEY.AZ-a danışan politoloq Turan Rzayev deyib ki, Azərbaycan bu müharibədə tərəf deyil:

“İran-İsrail gərginliyi təkcə bu gün yox, əvvəl də baş verib. Hətta daha şiddətli formada olub. Bütün bunlara baxmayaraq, Azərbaycan bu müharibənin bitərəfi deyil. İsrail bizim strateji tərəfdaşımızdır. Hərbi sahədə ciddi əlaqələrimiz var. Siyasi, diplomatik təmaslarımız kifayət qədər inkişaf edib. İrana gəldikdə isə, İran Azərbaycanın cənub qonşusudur. Bu ölkə ilə bizi tarixi, dini bağlar bağlayır. Düzdür, müəyyən vaxtlarda iki ölkənin bir-biri ilə problemləri olsa da, Azərbaycan heç vaxt İrana qarşı Qərbin koalisiyasına, iqtisadi sanksiyalarına qoşulmayıb”.

Politoloqun sözlərinə görə, əslində bizim tərəfsizliyimiz, konkret bir tərəfi tutmamağımız, həm İsrailə, həm də İrana sərf edir:

“Bu yolla İran həm Cənubi Qafqazda müttəfiqini, tərəfdaşını İran təhlükəsindən sığortalayır. Həmçinin də İran İsrailin Azərbaycan üzərindən zərbə endirməyəcəyi ehtimalına görə rahatlıq tapır. Düzdür, İran tərəfi bəzən bununla bağlı sərt cavab versə də, Azərbaycan İrana görə yox, ümumiyyətlə öz xarici siyasəti və prinsip etibarı ilə tərəf tutmur. Əksinə, münaqişələrin hərbi yolla deyil, sülh və beynəlxalq hüquq çərçivəsində maraqlı olmuşuq. Hazırki situasiyada da Azərbaycan tərəf tutmayacaq. Əksinə hər ikitərəfi uzlaşdırmağa çalışacaq”.

Məsələ ilə bağlı fikirlərini bölüşən deputat Azər Badamov deyib ki, sözügedən müharibənin baş verməsi böyük faciələrə səbəb ola bilər:

“İranla İsrail arasında müharibənin baş vermə ehtimalı pik həddə çatmışdır. Əgər bu müharibə baş verərsə, ümumilikdə bəşəriyyət üçün böyük faciələr yarana bilər. Çünki, İsrailin nüvə silahı var və İranın da hansı silaha malik olduğu hələ qeyri-müəyyəndir. İranın ali dini lideri İsrailə cavabın çox ağır olacağını və dünyanın yeni bir xəbərlə qarşılaşacağını bildirib. Azərbaycan İsraillə dostdur və İranla da yaxın qoşudur. Həm də ölkəmiz müharibələri heç vaxt dəstəkləmir. Biz bütün münaqişələrin danışıqlar yolu ilə, ədalətli şəkildə həll olunmasını dəstəkləyirik”.

Deputat qeyd edib ki, biz özümüz müharibə vəziyyətində yaşamışıq, ona görə də, müharibənin yardacağı fəsadları, acısını yaxşı bilirik:

“Bu baxımdan Azərbaycan beynəlxalq hüququ dəstəkləyir və İsrail-İran müharibəsinin baş verməsini arzulamır. Amma bu müharibə baş verərəsə, bunun nəinki Azərbaycana, hətta bütün dünya iqtisadiyyatına və iqlimə böyük təsiri olacaqdır. Ona görə də, dünya birliyi İsrail-İran arasında gərginliyin azalmasına və ümumilikdə Yaxın Şərqdə müharibənin dayanmasına xidmət edən addımların atılmasına tələsməlidir”.

Seyranə Quliyeva / BEY.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.








MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin