İsrail ordusu limanı bombaladı
Yəməndəki husilər İsrail ordusunun Hudeydəyə hava hücumu təşkil etdiyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, Husilərə məxsus “Əl-Mesirah” televiziyasının xəbərinə görə, İsrail döyüş təyyarələri Yəmənin qərbindəki Hudeydə şəhərini hədəfə alıb. Sosial mediada paylaşılan görüntülərdə İsrailin hücumu nəticəsində Hudeyda limanında böyük yanğının baş verdiyi müşahidə edilib. Hücumlara görə məsuliyyəti İsrail ordusu öz üzərinə götürüb. İsrail ordusunun açıqlamasına görə, bir çox döyüş təyyarəsi husilərin Ras İsa və Hudeydəki bölgələrindəki mövqelərini hədəf alıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |