İsrail ordusu Qəzzada itkilər verdi
İsrail ordusu Qəzzada itkilər verib. BEY.AZ xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları açıqlama verib.
Qəzza zolağının şimalında İsrail əsgərlərinin hədəf alındığı, ölən və yaralananların olduğu açıqlanıb. Yazılı açıqlamada deyilir ki, Cibaliya qaçqınlar düşərgəsində İsrail əsgərlərini daşıyan nəqliyyat vasitəsi raketlərlə hədəfə alınıb. Hücumlarda İsrailin Merkava tipli 3 tankının məhv edildiyi də qeyd edilib. Məsələ ilə bağlı İsrail ordusundan hələlik açıqlama verilməyib.
Qeyd edək ki, İsrail ordusu Qəzza zolağında irimiqyaslı hücumlara başlayandan bəri 808 əsgərinin öldüyünü açıqlayıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |