İsrail ordusu yenidən Beyruta zərbə endirdi
İsrail Müdafiə Qüvvələri (IDF) davam edən “Şimal oxları” əməliyyatı çərçivəsində Livandakı Hizbullah infrastrukturuna yeni zərbələr endirib.
BEY.AZ xəbər verir ki, bu barədə İDF “Telegram” kanalında məlumat yayıb.
İsrail ordusu gün ərzində Livanın şərqindəki Bekaa vadisində yerləşən Hizbullah hədəflərinə hava zərbələri endirdiyini bildirib.
Bundan əlavə, İsrail ordusu Livanın bəzi cənub bölgələrinə hücum edib.
İsrail ordusu əlavə edib ki, zərbələr nəticəsində Livanda ikinci dərəcəli partlayışlar qeydə alınıb ki, bu da zərərçəkmiş binalarda silahların saxlandığını göstərir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |