fbpx

İsrail ordusunun hücumu dəf edildi



“Hizbullah” Livanın cənubunda iki məntəqədən sızmağa çalışan İsrail əsgərlərinin hücumunu dəf etdiyini açıqlayıb.

BEY.AZ xəbər verir ki, yazılı açıqlamada əsgərlərin Livanın cənubundakı əl-Lebbun bölgəsindən sızmağa cəhd etdiyi bildirilib. Məlumata görə, “Hizbullah”ın artilleriya atəşi və raket hücumlarından sonra İsrail əsgərləri geri çəkilib. Həmçinin, İsrail əsgərləri Livanın cənubundakı Blida qəsəbəsinə də sızmağa çalışıb. Açıqlamda əsgərlərin partlayıcılarla hədəf alındığı, qarşıdurmalardan sonra İsrail əsgərlərinin hücumunun dəf edildiyi bildirilib.

Qeyd edək ki, İsrail ordusunun açıqlamasında Livanın cənubunda baş verən qarşıdurmalarda 3 əsgərin ağır yaralandığı bildirilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin