İsrail prezidentinə Türkiyə üzərindən Bakıya uçmasına icazə vermədik
Türkiyə İsraillə diplomatik əlaqələri tamamilə dayandırıb.
BEY.AZ xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyada keçirilən G20 Liderlər Zirvə toplantısından sonra mətbuata açıqlamasında belə deyib. O bildirib ki, İsrail Prezidenti İshaq Hersoqun Türkiyə hava məkanından istifadə edərək, Azərbaycana səfər etməsinə də icazə verilməyib:
“İsrail Prezidenti İshaq Hersoqun COP29-da iştirak etməsi ilə bağlı məsələdə də bizim hava məkanından istifadə etməsinə icazə vermədik. Başqa istiqamətlər var, başqa imkanlar var. Onlardan istifadə etməli olduğunu bildirdik. Elə də oldu. Amma getdimi-getmədimi onu da bilmirəm”.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |