İsrail Qəzzada xəstəxana binasını vurdu
İsrail ordusu raket zərbəsi ilə Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını vurub.
BEY.AZ xəbər verir ki, hücum nəticəsində ölənlərin sayının 500-ü keçdiyi bildirilir.
“Əl-Cəzirə” ölənlərin sayının 1000-i keçə biləcəyini yazıb.
Fələstin Prezidenti Mahmud Abbas hadisə ilə bağlı üç günlük matəm elan edib.
Fələstində matəm əlaməti olaraq bayraqlar endirilib.