fbpx

İsrail səfiri Fransa XİN-ə çağırıldı



İsrailin Parisdəki səfiri Coşua Zarka Fransanın Avropa və Xarici İşlər Nazirliyinə çağırılıb.

BEY.AZ xəbər verir ki, səfirdən İsrailin Livandakı Birləşmiş Millətlər Müvəqqəti Sülh Qüvvələrini hədəf alan hücumları barədə izahat tələb edilib. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin məlumatına görə, Fransa İsrailin Sülh Qüvvələrinə qarşı qəsdən təşkil edilən hücumlarını pisləyir. Açıqlamada İsrailin Livanın cənubundakı Ras Nakura bölgəsində Sülh Qüvvələrinə qarşı yeni hücumunda biri ağır olmaqla iki sülhməramlının yaralandığı qeyd edilib.

Bəyanatda İsraildən beynəlxalq hüququ pozan hücumları dərhal dayandırılması tələb edilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin