fbpx

İsrail və HƏMAS bir araya gələ bilər

Rüya Yorumları burda


Qətərin paytaxtı Dohada İsrail və HƏMAS arasında əsirlərin mübadiləsi ilə bağlı danışıqların bərpasına dair müzakirələr davam edir.

BEY.AZ xəbər verir ki, Dohada Mossad direktoru David Barnea, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns və Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani bir araya gəlib. İsrail mətbuatında yer alan xəbərdə deyilir ki, tərəflər əsir mübadiləsi ilə bağlı danışıqların bərpasını müzakirə edib. Bildirilib ki, Mossad direktoru Barnea əsir mübadiləsi ilə bağlı danışıqların bərpası çərçivəsində Dohada qalıb.

Qeyd olunub ki, Barnea, Əl Tani və Burns Dohada yenidən bir araya gələcək. Qeyd edək ki, Qəzzada HƏMAS-ın əlində 101 israilli əsirin olduğu bildirilir.






Rüya tabirlerini burdan oku
ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu