İsraildə uçuşlara qoyulan məhdudiyyətlər ləğv olundu
İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Bildirilib ki, hazırda hava limanı kompleksi normal rejimdə işləyir.
Nəşrin məlumatına görə, cədvəl əlavə evakuasiya uçuşları nəzərə alınmaqla yenilənir. Əksər xarici aviaşirkətlər təhlükəsizlik vəziyyəti ilə əlaqədar İsrailə uçuşların dayandırıldığını bəyan ediblər. Onlardan bəziləri isə təxliyə uçuşlarını həyata keçirməyə davam edir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.