fbpx

İsrailin əsas hədəfi budur – Politoloq

Rüya Yorumları burda


“Əslində, bu özü naməlum vəziyyətdir. Necə ola bilər ki, İranın paytaxtında HƏMAS liderinə qarşı sui-qəsd təşkil olunsun? Bu sui-qəsdin planlaşdırılmasında bir çox şəxslər iştirak edə bilər. Ona görə də, bu məsələ dərindən araşdırılmalıdır”.

Bu sözləri BEY.AZ-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq bildirib ki, HƏMAS liderinin öldürülməsi İsrail və İran arasında müharibəyə səbəb ola bilməz:

“İki ölkə arasında müəyyən gərginliklər yaşana bilər. İsrailin əsas hədəfi İranı müharibəyə təhrik etməkdir. Daha sonra isə müharibə vəziyyətinin böyüməsi baş verə bilər. Amma nəzərə almaq lazımdır ki, Qasim Süleymani, Mövsüm Fəxrizada də Tehranda öldürüldü. Sonra “MOSSAD” qəbul etdi ki, biz öldürmüşük. Amma heç nə baş vermədi. Yenə də bu ola bilər ki, İran İsrailin ünvanına hansısa fikirlər səsləndirsin. Bunun İsrail ilə böyük müharibəyə səbəb olacağı gözlənilmir”.

Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.

Seyranə Quliyeva / BEY.AZ



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu