fbpx

“İsrailin bu addımı İran üçün təhlükəlidir” – Baqiri xəbərdarlıq ETDİ

Rüya Yorumları burda

“İsrailin CENTCOM-a daxil olması İran üçün təhlükəlidir”.

BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran silahlı qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqiri deyib.

O bildirib ki, İsrailin ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) qoşulması İran üçün təhlükə yarada bilər:

“Son aylarda ABŞ ordusu İsraili CENTCOM-a birləşdirərək Fars körfəzi və Oman dənizindəki boşluqları doldurmağa çalışır. Bu, İran üçün təhlükə yarada bilər”.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi vasitəsilə region ölkələrinə Amerika ordusunun yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edib. “Biz mövcudluğumuzu genişləndirməklə və müxtəlif hərbi təlimlər keçirməklə hazırlığımızı artırmışıq” – deyə Baqiri fikirlərini tamamlayıb.

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu