fbpx

İşsizlər üçün ŞAD XƏBƏR: 29 yaşadək şəxslər…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə “İrəliləyİş” layihəsinə start verilib.

Metbuat.az xəbər verir ki, layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir.

Layihə çərçivəsində 1500 ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaq.

Rüya tabirlerini burdan oku

Onlara “Əmək bazarının tələbləri”, “Düzgün CV/Rezyume hazırlanması”, “Müsahibəyə hazırlıq”, “Natiqlik və təqdimat bacarıqları”, “Şəxsi-brendinq”, “İstək və rəsmi e-məktubların yazılması”, “Tənqidi düşüncə və problemlərin yaradıcı həlli”, “Vaxtın idarəedilməsi”, “Liderlik və komanda işi”, “Ünsiyyət bacarıqları və böhran idarəetməsi” və s. mövzularda təlimlər keçiriləcək.

Təlimləri uğurla bitirən gənclər daha sonra şirkətlərdə 2 aylıq təcrübə proqramlarında iştirak edəcəklər.

Layihədə iştirak etmək istəyən işsizlər BU LİNK vasitəsilə müraciət edə bilərlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İşsizlər #üçün #ŞAD #XƏBƏR #yaşadək #şəxslər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu