fbpx

İstanbulda qeyri-qanuni yaşayan vətəndaşlarımızın qəbul tarixi açıqlandı

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

İstanbulda qeyri-qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının növbəti qəbul tarixi açıqlanıb.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.

Bildirilib ki, 28 oktyabr – 5 noyabr tarixlərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunda Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək.
Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının, qeydi şəhadətnamələri (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) digər konsulluq əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.

Pasportların rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun əsli və surəti (olduğu təqdirdə)
Doğum haqqında şəhadətnamənin surəti (olduğu təqdirdə)
Doğum haqqında şəhadətnamə (18 yaşına çatmayan uşaqlar üçün)
Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə)

Vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması üçün aşağıdakı sənədlər təqdim olun edilməlidir:
Doğum haqqında şəhadətnamənin surəti
Valideynlərin pasport, şəxsiyyət vəsiqəsi və digər şəxsiyyəti təsdiq edən sənədlərinin surəti

Rüya tabirlerini burdan oku

QEYD: Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizlərinin həyata keçirilməsi nəzrədə tutulur.

Nikahın bağlanması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Etibarlı ümumvətəndaş pasportunun surəti
Subaylıq haqqında arayış
Nikahın bağlanması haqqında tərəflərin ərizəsi
Türkiyə ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum) (olduğu təqdirdə)
Tibbi müayinədən keçdiyini təsdiq edən arayış

Doğum haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
Doğum faktını təsdiq edən xəstəxanadan arayış (apostil olunmuş) və DNT analizinin nəticəsi
Valideynləri ərizəsi
Valideynlərin etibarlı pasportlarının surəti

Fərdi İdentifikasiya Nömrələrinin (FİN) alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
Valideynlərin ərizəsi
Valideynlərin pasportlarının surəti
Doğum haqqında şəhadətnamələrin surəti

Qəbul vaxtları:
Şənbə və bazar günləri: 10.00-18.00
İş günləri: 16.00-19.00

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #İstanbulda #qeyriqanuni #yaşayan #vətəndaşlarımızın #qəbul #tarixi #açıqlandı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu