“İstinadla bağlı tələblərin pozulmasına görə MEDİA-ya müraciət daxil olmayıb”
BEY.AZ informasiya agentliyi xəbər verir
“İstinadla bağlı tələblərin pozulmasına görə indiyədək Medianın İnkişafı Agentliyinə (MEDİA) hər hansı bir müraciət daxil olmayıb”.
Metbuat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, indiyədək saytlar və informasiya agentliklərindən istinadla bağlı tələblərin pozulmasına görə müraciət edilməyib.
Qeyd edək ki, “Media haqqında” qanunun 13-cü maddəsinə (İnformasiyadan istifadə edilməsi) əsasən media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Qanunun 13.1-ci və 13.2-ci maddələri (istinadla bağlı tələb istisna olmaqla) dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir. Qanunun 77.2-ci maddəsində nəzərdə tutulmuş hallarda media subyektləri məlumat və informasiyaların həqiqətə uyğun olub-olmamasına görə məsuliyyət daşımır.
Audiovizual proqramlardan istifadə bu Qanunun 38-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənir. Qanunun 38.2-ci və 38.3-cü maddələrinin tələbləri pozulduqda proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçı Şuraya müraciət edə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.