fbpx

İstirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var


Tovuzda baş verən bədbəxt hadisənin bəzi təfərrüatı aşkarlanıb.

Belə ki, quş yuvası dəm qazından zəhərlənməyə və ölümə səbəb olub.

Hadisə şahidinin sözlərinə görə, ailə uzun zamandır o evdə yaşamadığı üçün sobada quşların yuva qurduqlarından məlumatsız olublar. Onlar havanın soyuq olmasına görə qaz sobasını yandırıblar. Öncə başları ağrayıb, gecə isə zəhərləniblər.

Qeyd edək ki, rayonun Əlibəyli kəndindəki evlərinə həftəsonu istirahətə gedən 54 yaşlı Gülşən Əmrahova, oğlu – 20 yaşlı Əmrah Əmrahov və gəlini – 20 yaşlı Aysun Əhmədova dəm qazından zəhərləniblər.

Bildirilib ki, 54 yaşlı qadın dəm qazından boğularaq yerindəcə dünyasını dəyişib. Digər iki nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin