fbpx

İstirahətə gedən ailənin 17 yaşlı oğlu faciəvi şəkildə öldü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Biləsuvar rayon sakini Lerik rayonunda çayda boğulub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Lerik rayonunun Piran kəndi ərazisində baş verib.

Belə ki, Biləsuvardan Lerikə istirahətə gedən ailə faciə ilə üzləşib.

Rüya tabirlerini burdan oku

2006-cı il təvəllüdlü Allahverdi Nihad oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub.

A.Mehdiyev yaxınlarının köməyi ilə sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin onun üzərində həyat əlamətləri müşahidə olunmayıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İstirahətə #gedən #ailənin #yaşlı #oğlu #faciəvi #şəkildə #öldü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu