fbpx

İsveç öhdəlikləri yerinə yetirməsə razılıq verməyəcəyik

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı öhdəlikləri var. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil”.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bəyan edib.

O bildirib ki, İsveç tərəfi terrorizmin təzahürlərinə qarşı mübarizə ilə bağlı Ankaranın narahatlığını nəzərə almalıdır.

Rüya tabirlerini burdan oku

Çavuşoğlu Ankaranın NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində iki Skandinaviya ölkəsi ilə müvafiq üçtərəfli memorandum imzaladığını xatırladıb və qeyd edib ki, İsveç hakimiyyəti krallığın qanunvericiliyinə düzəlişlər etsə də, terrorçuların əlaltıları bu ölkədə sərbəst fəaliyyətlərini davam etdiriblər.

“İki Skandinaviya ölkəsinin NATO-ya müraciətlərinə ayrıca baxa bilərik. Ankaranın Finlandiyanın müraciətinə münasibəti daha müsbətdir”, – deyə türkiyəli nazir bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İsveç #öhdəlikləri #yerinə #yetirməsə #razılıq #verməyəcəyik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu