fbpx

İtaliya millisinin yarımmüdafiəçisi mərc asılılığından müalicə alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Nyukasl” klubu və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali mərc oyunları asılılığından müalicə alacaq.

Məlumata görə, Tonali yaxınlarına səmimi şəkildə etiraf edib ki, o, mərc oyunları asılılığından əziyyət çəkir və bu aludəçilik səbəbindən hər şeyini itirməkdən qorxur.

Bildirilir ki, yaxın vaxtlarda Sandro psixoterapevtin qəbuluna və qumar asılılığından müalicə kurslarına getməyə başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Sandro Tonali, eləcə də yarımmüdafiəçi Nikolo Zaniolo idman sahəsində qeyri-qanuni mərclər etdiyinə görə İtaliya millisindən kənarlaşdırılıblar.

Mənbə: bobsoccer.ru

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin