İTV-nin yeni baş direktor SEÇİLDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib
Metbuat.az xəbər verir ki, seçkilər Audiovizual Şuranın inzibati binasında, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq keçirilib.
Səsvermənin yekun nəticələrinə əsasən, Qasımov Balakişi Ələkbər oğlu yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib. Belə ki, Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 8 nəfər -Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu namizədliyini irəli sürmüşdü.
Qasımov Balakişi
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.