fbpx

İxtisas seçimi edənlərin nəzərinə – Bu qrupda plan yerləri artırıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


II qrupda dövlət sifarişli yerlərin sayı artırılıb.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

“Müəyyən ali məktəblər var idi ki, onlar dövlət sifarişli yerlər bölgüsündə iştirak etmirdilər. II qrupda demək olar ki, bütün ali məktəblər keçən il və bu il də dövlət sifarişli yerləri təqdim ediblər. Amma iki ixtisas üzrə – beynəlxalq ticarət, logistika və marketinq ixtisası üzrə Bakı Mühəndislik Universiteti də bu il dövlət sifarişli yerlərin bölüşməsində iştirak edir. UNEC-in Zaqatala filialı da bu il dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə dövlət sifarişli yerlərin siyahısında var. Bu, bu il üçün yenilikdir. Bakı Dövlət Universitetində də statistika ixtisası da II qrup üzrə dövlət sifarişli yerlərin siyahısında öz yerini tapıb”, – DİM sədri vurğulayıb.

O həmçinin bildirib ki, II qrupda 200 yox, 150 baldan yuxarı nəticə göstərənlər abituriyentlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə sənəd verə bilərlər. Belə yerlərin sayı 4760-dır. Müsabiqəyə isə 6 min 803 nəfər buraxılıb. II qrupda ümumi plan yerləri 13 min 285-dir. Ümumi müqayisədə hər müsabiqəyə buraxılan şəxs üçün ən azı 2 yer var”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İxtisas #seçimi #edənlərin #nəzərinə #qrupda #plan #yerləri #artırıldı

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin