fbpx

İxtisas seçimində valideyn-övlad qarşıdurmasının nəticələri

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Artıq bu gündən ali məktəblərə ixtisas seçimi başlayır. Abituriyentlər 6 aylıq imtahan mücadiləsindən sonra gələcəkdəki inkişafları üçün yeni bir addım atırlar. İmtahan prosesi nə qədər çətindirsə, ixtisas seçimi də o qədər çətin və məsuliyyətlidir. Gənclər üçün bu çətin dönəmdə ailə dəstəyi olduqca önəmlidir. Lakin bir çox hallarda valideynlərin bu prosesdə övladlarına təzyiqlərinin şahidi oluruq.

Metbuat.az-a danışan təhsil eksperti Elşən Qafarov deyir ki, valideynlərin övladlara ixtisas seçimində təzyiqi gələcəkdə böyük problemlərə yol açır:

“Çox təəssüf ki, bizim mühitdə valideynlər övladlarının peşə seçimi məsələsinə müdaxilə edirlər. Hətta bir çox hallarda təzyiq göstərirlər ki, onlar özlərini gələcəkdə görmək istəmədikləri sahələri seçsinlər. Bu da nəticə etibarilə onların məcburi şəkildə ixtisas seçməsinə gətirib çıxarır. Abituriyentlər heç vaxt arzulamadıqları, istəmədikləri sahə üzrə təhsil alırlar. Sonra iş həyatlarında da həmin peşəyə alışa bilmirlər. Əslində, valideyn bilərək və ya bilməyərəkdən övladının həyatını çətinləşdirir”.

Rüya tabirlerini burdan oku

Ekspert deyir ki, valideyn daha erkən yaşlarında övladının hansı peşəyə marağı olduğunu müəyyən etməlidir. İxtisas seçimində isə valideyn əsas tərəf olmaqdan çəkinməlidir:

“İlk növbədə tövsiyəm ondan ibarətdir ki, valideynlər övladlarının 12-13 yaşından başlayaraq peşə yönümlərini öyrənmək üçün psixoloqlara müraciət etsinlər. Psixologiyada peşə yönlərini öyrənən testlər var. Övladlarının maraq istiqamətini öyrəndikdən sonra onların təhsili üçün çalışsınlar. Valideynlər övladlarının peşəyönümlü işinə hörmətlə yanaşsınlar. Düşünürəm ki, bu, çox ciddi məsələdir. İxtisas seçimində valideyn əsas tərəf yox, köməkçi tərəf olmalıdır. Lazım olarsa, övladı ilə məsləhətləşməli, onun yanında olduğunu bildirməlidir. Lakin valideynin seçimə ciddi müdaxiləsi övladının gələcək həyatına mənfi izlər qoyur. Nəticədə, tamamilə başqa bir sahədə cəmiyyətə, dövlətə faydalı ola biləcək bir gənci heç arzulamadığı bir sahə üzrə yönəldir. Həm cəmiyyət, həm valideyn, həm də gənc uduzur”.

Məsələyə psixoloq Fuad Əsədov da münasibət bildirdi. Metbuat.az-a danışan Əsədov qeyd etdi ki, valideynlərin övladlarının ixtisas seçimində aparıcı mövqeyi onların gələcəkdəki karyeralarına zərbə vura bilər:

“Ümumiyyətlə, təkcə bu məsələdə yox, bütün hallarda psixoloji təzyiq yanlışdır. İnsanın sonrakı inkişafına, həyatına təsir göstərir. Bu, daha çox yeniyetməlik kimi həssas dövrlərə aiddir. Yeniyetmələrin həyatlarının ən önəmli zamanı imtahan dönəmidir. Ailə, qohumlar tərəfindən təbliğ olunur ki, imtahan günü müqəddəratınız, taleyiniz həll olunur. Bu da əlavə stressə səbəb olur. Üstəlik, abituriyentin hər hansı bir ixtisasa həvəsi var, amma evdən başqa ixtisasa yönəldilir. Çətin olan imtahanı bir də bu çətinləşdirir.

Övlad düşünür ki, mən istəmədiyim bir şey üçün çalışıram. Xəyalını qurmadığım bir şey üçün niyə savaşıram? Bu da insanın gözündə əlavə yük kimi qalmağa başlayır. Aydın məsələdir ki, bu, onların gələcəkdəki karyeralarına, həyatdakı məmnunluğuna da mənfi təsir göstərir. İş elə bir şeydir ki, insan onunla ömürboyu məşğul olur. Sən ömrünü sevmədiyin bir şeylə keçirirsənsə, sənin həyatdan məmnunluğun aşağı olur. Karyerasında nə qədər irəliləməsi isə sual doğurur. Ona görə belə hal olduqda bu insanın şəxsi həyatına, özünü xoşbəxt hiss etmə dərəcəsinə, karyerasına, gəlirinə də təsir göstərir”.

Gülər Seymurqızı

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İxtisas #seçimində #valideynövlad #qarşıdurmasının #nəticələri

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu