fbpx

İyulun 12-nə olan hava proqnozu: 42 dərəcə isti olacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


İyulun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 faiz olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin