fbpx

İyulun 17-si temperatur Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Bu barədə Metbuat.az-a Xidmətdən xəbər verilib.

Düşən yağıntının miqdarı Astarada 54 mm, Biləsuvarda 39 mm, Balakəndə 36 mm, Lənkəranda 34 mm, Yardımlıda 28 mm, Neftçalada 24 mm, Lerikdə 22 mm, Sabirabadda 18 mm, Qax 17 mm, Göytəpə, Şəkidə 15 mm, Şahdağ, Oğuzda 9 mm, Qrız, Beyləqan, Qəbələ, İmişli, İsmayıllı, Qobustan, Şamaxı, Xaltan, Şahbuz, Ordubad, Naftalan, Altıağac, Quba, Tərtər, Göyçay, Zərdabda 6 mm-dək olub. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Duman Şamaxı, Qrız, Lerik, Şahdağda duman müşahidə olunub.

Rüya tabirlerini burdan oku

İyulun 17-də cənub-şərq küləyi arabir Gəncədə 20 m/s, Naftalan, Zaqatalada 18 m/s-dək güclənib.

İyulun 17-si temperatur Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, aran rayonlarında 30 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.

İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #İyulun #17si #temperatur #Bakıda #iqlim #normasından #dərəcə #aşağı #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu