fbpx

Jalə Əliyeva Avropa çempionu oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Metbuat.az Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışın 4-cü günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

Gültəkin Şirinova (53 kq) 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib – 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən rəqib qələbə qazanıb.

Rüya tabirlerini burdan oku

Gültəkin bürünc medal uğrunda rumıniyalı Beatriçe Ferentlə güləşib və rəqibinə tam üstünlüklə (11:1) qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Jalə Əliyeva (62 kq) 1/4 finalda Fransanın digər təmsilçisi Amelin Duarreni “tuşe” ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gəlib. Əliyeva bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. Jalənin finaldakı rəqibi serbiyalı Anna Fabian olub. Bu görüşdə də nəyə qadir olduğunu göstərən Gəncə güləş məktəbinin yetirməsi 6:2 hesablı qələbə qazanaraq Avropa çempionu olub.

Birgül Soltanova (65 kq) 1/4 finalda estoniyalı Viktoriya Vessoyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub – 7:8.

Beləliklə, qadın güləşi üzrə millimiz AÇ-ni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Xatırladaq ki, bir gün öncə Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu