Joze Mourinyo Avropa nəhənginə keçir
BEY.AZ informasiya agentliyi xəbər verir
PSJ rəhbərliyi Joze Mourinyo ilə danışıqlara başlayıb.
Metbuat.az xəbər verir ki, klubun strateji müşaviri Luis Kampos Mourinyonun nümayəndəsi Xorxe Mendeşlə görüşüb. “Mundo Deportivo”nun xəbərinə görə, Kristofer Qaltye ilə davam etmək istəməyən PSJ növbəti mövsümdə Joze Mourinyonu kluba gətirməkdə qərarlıdır.
Bildirilir ki, PSJ “Roma” ilə 2024-cü ilə qədər müqaviləsi olan portuqaliyalı mütəxssis üçün təzminat ödəməyə də hazırdır. Joze Mourinyo təklifi rədd etməyib.
Qeyd edək ki, Joze Mourinyo ötən mövsüm “Roma” ilə UEFA Konfrans Liqasının qalibi olub. Mourinyo bu mövsüm isə “Roma”nı Avropa Liqasında yarımfinala yüksəldib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Joze #Mourinyo #Avropa #nəhənginə #keçir