Joze Mourinyo final fitindən sonra hönkür-hönkür ağladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Konfrans Liqasının finalına vəsiqə qazanan “Roma”nın baş məşqçisi Joze Mourinyo final fitindən sonra göz yaşlarına hakim ola bilməyib.
Metbuat.az xəbər verir ki, təcrübəli məşqçi köməkçilərini qucaqlayaraq, hönkür-hönkür ağlayıb. Mourinyo ardınca sevincini azərkeşlərlə bölüşüb.
Qeyd edək ki, “Roma” yarımfinalda “Lester”i mübarizədən kənarlaşdıraraq (1:1, 1:0) finala yüksəlib. Bu nəticə həm də Mourinyonun iki rekorda imza atmasına da səbəb olub. Portuqaliyalı mütəxəssis 3 avrokubok turnirində finala çıxan ilk məşqçidir. Həmçini Mourinyo 4 fərqli klubla avrokuboklarda finala çıxan ilk məşqçidir. O, “Porto” və “İnter”lə Çempionlar Liqasının, “Mançester Yunayted”lə isə Avropa Liqasının finalında iştirak edib.
https://www.youtube.com/watch?v=m_U_UUK2AgI
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.