fbpx

Kəmaləddin Heydərov ona vəzifə verdi



Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə yeni rəis müavini təyin edilib.

BEY.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elsəvər Quliyev xidmətin şəxsi heyət üzrə rəis müavini təyin edilib.

Uzun müddət Kəmaləddin Heydərovun mühafizəsinin təşkilində çalışan Elsəvər Quliyev bundan əvvəl Xüsusi Riskli Xilasetmə Xidmətində rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elsəvər Quliyev 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib.

Xatırladaq ki, bir neçə gün əvvəl tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi təyin edilib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin