Kəşfiyyat: Zelenskinin yerinə o gətirilə bilər
ABŞ Arsen Avakovu Ukrayna prezidenti Vladimir Zelenskinin yerinə effektiv namizəd sayır.
BEY.AZ “TASS” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Məıumatda bildirilir ki, Avakovun Ukraynanın millətçi dairələri və Avropa ölkələrinin rəhbərləri ilə sıx əlaqələri onun “güclü tərəfləri” hesab edilir.
Bildirilir ki, Zelenskinin Avakovla əvəzlənməsində məqsəd Ukraynanın Rusiya ilə danışıqlara daha yaxşı hazırlaşmasıdır.
Qeyd edək ki, Arsen Avakov Ukraynanın keçmiş daxili işlər nazidir. O, 1960-cı ildə Bakıda doğulub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |