fbpx

Kəlbəcərdə qəzada həlak olan hərbçiyə şəhid statusu verildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir neçə gün öncə Kəlbəcərdə hərbi hissəyə məxsus avtomobilin aşması nəticəsində həlak olan baş əsgər Emin Əliyevə şəhid statusu verilib.

Metbuat.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq Xidmətin Şəmkir rayon şöbəsi tərəfindən Əliyev Emin Eldəniz oğluna “şəhid” adı, ailəsinə “şəhid ailəsi” statusu haqqında müvafiq arayış verilib.

Xatırladaq ki, iyulun 23-ü Kəlbəcər rayonu ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus “Maz” markalı avtomobil aşıb. Qəza nəticəsində hərbi qulluqçular – baş əsgər Əliyev Emin Eldəniz oğlu vəfat edib, leytenant Hüseynov Əli İlyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kəlbəcərdə #qəzada #həlak #olan #hərbçiyə #şəhid #statusu #verildi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin