Kəmaləddin Heydərov iclas keçirdi
BEY MEDIA İnformasiya agenti xəbər verir
25 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan Respublikası Baş nazirinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.
Metbuat.az xəbər verir ki, komissiya sədrinin müavini, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb.
İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.