Kəmaləddin Heydərovu Sahil Babayev ƏVƏZLƏYƏCƏK
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.
Metbuat.az “Report”a istinadən məlumat verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.
Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.