fbpx

Kərəm Mustafayev Türkiyəyə təşəkkür edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Naxçıvan Qarnizonu Qoşunlarında zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə sertifikatlar təqdim edilib. Aralarında Vətən müharibəsi iştirakçılarının da olduğu məzunlar növbəti xidmət yerlərinə təntənəli mərasimlə yola salınıblar.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Rüya tabirlerini burdan oku

Şəxsi heyəti təbrik edən Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ümummilli liderimizin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırdığı kimi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” də böyük əhəmiyyətə malikdir.

General-polkovnik Kərəm Mustafayev doğma Naxçıvanımızda hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlərin görüldüyünü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində peşəkar hərbçi kadrların hazırlanmasının daim diqqət mərkəzində saxlanıldığını və bu məqsədlə müxtəlif hərbi ixtisaslar üzrə hazırlıq kurslarının təşkil olunduğunu qeyd edib. Bu kursları uğurla başa vuran gənclərimiz Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında şərəfli xidmətləri ilə seçilirlər. Məzunlardan bir qrupu isə ümumtəhsil məktəblərində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edəcək. İnanırıq ki, hər zaman dövlət qayğısı ilə əhatə olunan məzunlarımız da Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaq, hərbi rəhbərlər də şagirdlərdə hərb sənətinə maraq yaratmaqla gənclərimizi hərbi xidmətə yüksək səviyyədə hazırlayacaqlar.

Mərasimdə Vətən müharibəsinin iştirakçısı Fəxri Qazıbəyov məzunlar adından çıxış edərkən qazandıqları döyüş təcrübəsini və yeni taktiki bilikləri gənc heyətin peşəkar döyüşçülər kimi yetişdirilməsinə sərf edəcəklərinə söz verib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birinciləri tərəfindən xatirə lövhələrinə buraxılış emblemləri vurulub və şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Sonda məzunlarla xatirə şəkli çəkdirilib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu