fbpx

Kəskin boğaz ağrısı, yüksək temperatur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Son günlər insanların çoxu kəskin boğaz ağrısı, yüksək temperatur, öskürək kimi simptomlarla özünü göstərən xəstəlikdən əziyyət çəkir.

Metbuat.az xəbər verir ki, hazırda pandemiyanın davam etdiyi vaxtda da koronavirusun yeni mutasiyaya uğrayan “Omikron XBB.1.5” ştamının sürətlə yayılması insanlarda təşvişə səbəb olub.

Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova saytımıza açıqlamasında bildirdi ki, son günlər qeyd olunan simptomlarla bağlı xəstə şikayətləri artıb. Lakin həmin xəstələrdən koronavirus testi götürüldükdə nadir hallada cavablar pozitiv olur:

Rüya tabirlerini burdan oku

“Son bir ay ərzində əsasən biz kəskin boğaz ağrısı ilə yüksək
temperaturla və sonrasında davam edən öskürəklə müşayiət olunan xəstəliklərə
rast gəlirik. Son 10 gün ərzində isə ciddi bir artış tendensiyası qeyd olunur.
Lakin bu xəstələrdən biz koronavirus testi götürdükdə, onlarda çox
nadir hallarda virus aşkarlanır. Bu xəstələr
daha çox mövsümi qrip xəstəliklərindən əziyyət çəkən xəstələrdir”.

Aişə Kərimovanın sözlərinə görə, əslində, bunlar hər il koronavirus pandemiyasından öncə də rast gəldiyimiz mövsümi xarakterli xəstəliklərdir: “Sadəcə olaraq bu xəstəliklərə yoluxmağımız onu göstərir ki, biz özümüzü gigiyenik qaydalarla qorumuruq. Şəxsi gigiyena qaydalarından istifadə etmək, həmçinin qapalı məkanlardan mümkün qədər uzaq durmaq, tövsiyə xarakterli olaraq maskalardan istifadə edərək xəstəlikdən uzaq dura bilərik. Tək koronavirus yox, bütün virus infeksiyaları öldürücülüyə malikdir. Koronavirus sadəcə olaraq dünya üzrə vüsət aldığına görə belə qorxulu bir vəziyyət yaratdı. Amma digər viruslarda eyni gedişatı yarada bilərlər. Ölkəyə qripə qarşı peyvənd gətirilib. Bunun üçün vətəndaşlar öz sahə poliklinikalarına müraciət edərək məlumat ala bilər. Vətəndaşlara əsasən bu dövrdə vaksinasiyadan keçmələri tövsiyə olunur”.

İnfeksionist qeyd etdi ki, belə xəstələrə əsasən bol maye, ciddi boğaz ağrılarında qarqaralardan, temperatur salıcılardan istifadə etmələri kömək ola bilər: “Əlavə olaraq antibiotiklərə, hər
hansı virus əleyhinə dərmanların qəbuluna xüsusi bir göstəriş olmadığı müddətcə ehtiyac
yoxdur. Bu xəstələr üç, beş, bəzən yeddi gün ərzində tam sağalırlar və hazırda digər ağırlaşmalara rast gəlməmişik”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kəskin #boğaz #ağrısı #yüksək #temperatur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu