Kabildə şiə məktəbində törədilən partlayışlar nəticəsində 6 nəfər ölüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Əfqanıstanın paytaxtı Kabildə şagirdlər dərsdən çıxarkən iki partlayış hadisəsi baş verib.
Metbuat.az “The Guardian”a istinadən, Kabilin Hazara şiə məhəlləsində oğlanlar məktəbində törədilən partlayışlar nəticəsində azı 6 nəfər ölü, 11 nəfər yaralanıb.
Kabil polisinin mətbuat katibi Xalid Zadran bildirib ki, çərşənbə axşamı Əbdül Rəhim Şəhid məktəbində törədilən partlayışlara kustar üsulla hazırlanmış partlayıcılar səbəb olub. Məktəb əsasən Həzara icmasının məskunlaşdığı ərazidədir və əvvəllər İŞİD-in hədəfində olub.
Qeyd edək ki, ötən ilin avqustunda Taliban ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökumətini devirdikdən sonra ölkədə bomba partlayışlarının tezliyi əhəmiyyətli dərəcədə azalıb, lakin İŞİD terror qruplaşması bir neçə baş vermiş hücumu öz üzərinə götürüb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.