“Kadırovun birlikləri”nə qarşı cəbhə aldılar
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynada Şeyx Mənsurun rəhbərlik etdiyi çeçenlərdən ibarət qrup “Kadırovun birlikləri”nə qarşı mübarizəyə qoşulub.
Metbuat.az xəbər verir ki, bununla bağlı Ukrayna mənbələrində məlumat yayılıb. Bildirilir ki, Şeyx Mənsurun rəhbərlik etdiyi qrup Kiyevdən 20 kilometr məsafədə yerləşən İrpin şəhərində Çeçenistandan gələn döyüşçülərə qarşı cəbhə alıb.
Qeyd edək ki, Ukrayna ordusu sıralarına qoşulan çeçenlərdən ibarət bir neçə qrup ruslara qarşı döyüşür. Onlar Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı mövqeyi ilə seçilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.