fbpx

Kafe əxlaqsızlıq yuvasına çevrildi – Polis hərəkətə keçdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağdaşda kafe əxlaqsızlıq yuvasına çevrilib.

Sosial şəbəkədə yayılan məlumata görə, rayonun Əmirarx kəndində yerləşən kafe əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. İddiaya əsasən, polis əməkdaşları həmin kafe ilə bağlı heç bir tədbir görməyib. Belə ki, onlar gəlib-getdikdən sonra obyekt yenə eyni fəaliyyətini davam etdirib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş rayonunun Əmirarx kəndində yerləşən kafenin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi ilə bağlı polis şöbəsinin istintaq bölməsində araşdırmalara başlanılıb. Obyekti işlədən şəxsin və şahidlərin izahatları alınıb. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

Bildirilib ki, həmin kafe barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməməsi barədə sosial şəbəkələrdə səsləndirilən iddialar isə əsassızdır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kafe #əxlaqsızlıq #yuvasına #çevrildi #Polis #hərəkətə #keçdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin