Kalaşnikov markalı avtomat daşıyan şəxslər saxlanıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1710 fakt aşkar olunub
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri avqustun 4-də hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.
Tədbirlər çərçivəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən, əvvəllər məhkum olunmuş Ramil Hüseynov Hökməli qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib.
Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Fərman Muradov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah saxlayan Absət Abdullayev və Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi təşkil edən əvvəllər məhkum olunmuş Balabəy Ağadadaşov da saxlanılıblar. Onlardan 1 ədəd “TT” markalı tapança, 8 ədəd patron və 1 kiloqramdan artıq heroin aşkar edilib.
Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuş Şahmar Sadiqovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 9 ədəd patron aşkar edilib. Digər əməliyyat zamanı Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9, “isti izlərlə” cinayətin açılması üzrə 30, narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər saxlanılıb.
Ötən gün Abşeron rayonunda keçirilən əməliyyat-profilaktiki tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlığa və xırda talamaya görə 30 fakt aşkarlanıb, mülki axtarışda olan 27 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan 105 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyərdə və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən, konstruksiya dəyişikliyi edən 18 sürücü müəyyən edilib, dayanma-durma qaydalarının pozulmasına görə 196 fakt üzrə protokol tərtib olunub.
Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1710 fakt aşkar olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kalaşnikov #markalı #avtomat #daşıyan #şəxslər #saxlanıldı