Kaliforniyada zəlzələ oldu
ABŞ-nin Kaliforniya ştatının şimalında zəlzələ olub.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin maqnitudası 4,5 olub.
Zəlzələnin episentri ştatın Belden yaşayış məntəqəsindən 6 km şimal-qərbdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.