fbpx

Kamran Ağayev “Xəzər-Lənkaran” klubu haqqında DANIŞDI: “Anam xəstə idi, pulumu vermirdilər”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Belimdən əməliyyat olundum, anam isə dünyasını dəyişdi”.

Metbuat.az xəbər verir ki, bunu ARB TV-nin “Onun Sirri” verilişində futbolçu Kamran Ağayev deyib.

“7-8 il “Xəzər-Lənkəran“ın şərəfini qorumuşam. Anam xəstə olanda zədə aldım, onurğa sütunum qırıldı. İdmana qayıtmağım sual altında idi. Nə məni əməliyyat etdirirdilər, nə də pulumu verirdilər. Və razılaşdım ki, 1 il yarım əlavə müqavilə bağlayaram, nə versəniz oynayaram. Əsas zədəli, oynamadığım vaxtların pulunu almaq istəyirdim ki, evdə xəstəm var. Belimdən əməliyyat olundum, anam isə dünyasını dəyişdi”.

Rüya tabirlerini burdan oku

Futbolçu bildirib ki, yenidən oyunlara qoşulsa da, aşağı məbləğ alıb:

“Yenidən yaşıl meydanlara qayıtdım. Çox aşağı bir məbləğ alırdım. Portuqaliyada uğurlu çıxış etdim, amma aldığım qonarar o deyildi. İlin sonunda bilirdilər ki, “Top-5” klublara gedəcəyəm, sıxışdırırdılar. Məni transferə çıxardılar. Ancaq məbləğin nə qədər olduğunu demədilər. Nə mənim maaşımı verdilər, nə də transfer məbləğini açıqladılar. Kluba məşq etməyə belə buraxmadılar. O dönəmdə milli komandada İsraillə oyuna çıxdım, çox kobud səhv buraxdım. Düşünürdüm ki, bəlkə mən futbolu buraxım, daha oynamayım. 7 il ərzində “Xəzər-Lənkəran”da nə qazanmışdımsa, onu aparıb elə klubun özünə verdim. “Bakı Futbol Klubu”nda aşağı məbləğ ilə oynamağa başladım. “Xəzər- Lənkərana” düşmən deyiləm, amma nə vaxtsa həmin adama mütləq qarşılıq verəcəyəm”.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu